Çoxmənzilli yüksək binalar və 3-4 mərtəbəli taun hauslar, eləcə də sosial və iaşə obyektləri. FED.az xəbər verir ki, söhbət Gəncədə salınacaq və şəhərin ümumi görnüşünə əlavə rəng qatacaq yaşayış massivlərindən gedir.
Elxan Məmmədov - Gəncə şəhərinin baş memarı: Deməli bu qəsəbələrdə yeni tipli məktəblər, uşaq baxçaları olacaq. Bu il üçün şəhərmizdə 3 məktəb və 2 uşaq baxçasının inşası nəzərdə tutulub. Ola bilsin ki, bu bunların bir hissəsi yeni salınacaq qəsəbəldə inşa olunacaq.
Qərb istiqamətdən girişdə salınacaq qəsəbə üçün 50 hektar, digəri üçün 150 ha ərazi ayrılıb.
Eləcə də bax: Əmlakın qeydiyyatı neçəyədir? – KALKULYATORDA HESABLAMAQ OLUR
Elxan Məmmədov - Gəncə şəhərinin baş memarı: Bu binaların tikilməsində Mənzil İnşaat Dövlət Agentliyi yaxından iştirak edəcək. Və bu binalar satışa çıxarılacaq. Satış şərtləri çox sərfəli olacaq. Sadə insanlar ayda hər hansı bir cüzi məbləğ ödəməklə o mənzilləri əldə edə biləcəklər.
Şəhərdə qəzalı vəziyyətdə olan binalarda yaşayanlar və infrastruktur layihələrin icrası zamanı evlərindən köçürülən ailələrin də yeni qəsəbələrdə yerləşdirilməsi nəzərdə tutulur. (kepeztv.az)
Mənzil İnşaatı Dövlət Agentliyindən (MIDA) isə FED.az-a bildirilib ki, Agentlik adı çəkilən qəsəbələrin inşasında iştirak etmir. "Agentlik “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən uyğun qiymətə mənzil təminatı layihələri üçün ölkə miqyasında, o cümlədən Gəncə şəhərində,araşdırmalar aparır və zəruri torpaq sahələrinin müəyyən edilməsi istiqamətində işləri davam etdirir. Yekun qərar qəbul edildikdə ictimaiyyətə açıqlanacaqdır"-detyə məlumatda bildirilir.