Gələn il İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tələbat nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda kirayə mənzillər alınaraq vətəndaşlara təklif ediləcək.
Daha 188 mənzil kirayə üsulu ilə satışa çıxarıldı - VİDEO
FED.az xəbər verir ki, bu barədə fondun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov məlumat verib.
Onun sözlərinə görə, indiyədək Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 ünvanda kirayə mənzillər vətəndaşların istifadəsinə verilib.
“Təkcə bu il Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospekti və Sahil küçəsində yerləşən mənzillər vətəndaşlara təqdim olunub. Hazırda kirayə mənzil fondu üzrə işlər davam etdirilir”, - deyə Aslan Zeynalov vurğulayıb. (Azərtac)










