“Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri düz deyil. Bu günə kimi 4000 evin 1000-i regionlarda verilib”.
Eləcə də bax: Məşhur Məmmədov: "Boş evləri alıb şəhid ailələrinə vermək olar"
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur: “Lakin burada yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə bu fərq ortaya çıxır. Dekabr ayı üzrə 3 rayonda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq”. (Apa)