Bu gün İpoteka və Kredit Zəmanət Fondunun (Fond) Himayəçilik Şurasının iclası keçirilib.
FED.az-a daxil olan məlumata görə, iclasda qurumun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və cari vəziyyət müzakirə olunub.
Eləcə də bax:İpoteka və Kredit Zəmanət Fondu bu il nə qədər - İPOTEKA KREDİTİ VERİDİYİNİ AÇIQLADI
Eyni zamanda, iclasda Fondun 2020-ci il üzrə büdcəsi təsdiq edilib.
Xatırladaq ki, Himayəçilik Şurasının Prezident Administrasiyası, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 nəfər üzvü var.