“Fitch" beynəlxalq reytinq agenttliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini ölkə reytinqinə bərabər səviyyədə - “BB+" olmaqla təsdiqləyib.
Vətən Müharibəsi Qəhrəmanları və ailə üzvləri güzəştli ipoteka krediti götürə biləcəklər - FƏRMAN
FED.az Fonda istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "Müsbət"dir.
"Fitch" qərarında Fondun dövlətə məxsus olmasını, yaradıldığı gündən onun fəaliyyətinə ciddi nəzarət edilməsini və davamlı dəstəklənməsini, ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olmasını nəzərə alıb. Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, likvidlik mövqeyini xüsusi qeyd edib. (Report)