Kürdəmirdə qanunsuz tikinti aşkarlanıb.
Eləcə də bax: Daha bir qanunsuz tikintinin qarşısı alındı - FOTO - VİDEO
FED.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən rayonun Xırdapay kəndində vətəndaş Səmədov Akif Ağa oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.