Bu ilin avqust ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti ötən aya nisbətən 6,76 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlərdə 5,39 % bahalaşma olub.
Eləcə də bax: Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər - Ucuzlaşıb
FED.az xəbər verir ki, bu sözləri “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.
“Fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri ay ərzində 0,66 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,69 % azalıb”, - deyə N.İbrahimov bildirib. (Report)