Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini hər həftə səyyar şəkildə müxtəlif kənd və qəsəbə sakinlərinə təqdim edir. Əlçatanlığı təmin edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası bu dəfə Abşeron rayonu, Fatmayi kəndində keçiriləcək. Sakinlər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlərdən yaralanmaq üçün Fatmayı kəndi, Qara Qarayev küçəsi 183 (Fatmayi İcra Nümayəndəliyinin yanında) ünvanındakı mobil ofislərə müraciət edə bilər. Aksiya çərçivəsində hər kəs 17-21 sentyabr tarixlərində saat 09:00-dan 17:00-dək yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalanacaq.
İctimai əhəmiyyətli kampaniya əhalinin mülkiyyət hüquqlarından istifadəni təmin etməklə yanaşı, ölkədə qanunvericiliyə uyğun qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır. Yüksək keyfiyyətli xidmətlərin göstərilməsi ilə vətəndaş məmnunluğu və rahatlığı təmin olunur.
Məlumat üçün bildirək ki, hazırda kampaniya Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi 1 (Qobustan İcra Nümayəndəliyinin yanında) ünvanında davam edir. Hazırki statistikaya əsasən, qəsəbə əhalisi tərəfindən komitənin mobil ofislərinə ümumilikdə 40-dan çox müraciət daxil olub. Qanunvericiliyə uyğun olaraq bütün müraciətlər qəbul edilərək müfaviq xidmətlər göstərilib.
Fatmayi kəndindəki evlər qeydiyyata alnacaq – VAXT AÇIQLANDI
15:25
14 Sen 2018