Bu barədə FED.az-a İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Eləcə də bax: Kirayə evlərin kimlərə və necə veriləcəyi – MƏLUM OLDU, DETALLAR
Fonddan bildirilib ki, Azərbaycan Prezidentinin 2019-cu ilin 25 yanvar tarixində imzaladığı Fərmanla Fonda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin icrası həvalə olunub.
Eləcə də bax: Kirayə ilə ev almaq necə olacaq? - 21 SUAL VƏ CAVABI
Qeyd edilən Fərmana uyğun olaraq, hazırda Fond tərəfindən yeni mexanizmin işə salınması üçün müvafiq zəruri prosedur və standartların hazırlanması, eləcə də müraciətlərin qəbulu üçün elektron sistemin yaradılması istiqamətində müvafiq işlər yekunlaşmaq üzrədir.
Bundan başqa, əhalinin müraciətlərinin qəbulu üçün ASAN Xidmət Mərkəzləri ilə əməkdaşlıq üzrə işlər də yekunlaşıb.
Qeyd olunanlarla əlaqədar Fond tərəfindən yaxın zamanlarda satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqinə başlanılması nəzərdə tutulur.
Eləcə də bax: Avropada əmlakı ipoteka ilə də almaq olar - ÖLKƏLƏR VƏ ŞƏRTLƏR