Azərbaycanda eyini və ya mənzilini kirayəyə verənlər üçün vergi azaldılır.
Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır - YENİ QAYDA - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliyə əsasən indiyədək Vergi Məcəlləsində yalnız icarə adı ilə keçən münasibətlərə kirayə anlayışı da daxil edilib.
Bunun fərqi ondadır ki, evi fiziki şəxs özünün yaşaması üçün istifadə edirsə, kirayə adlanır, münasibətin əsasında biznes məqsədi dayanırsa. Bu icarə sayılır.
Bu yenilik dəyişiklikdə də əksini tapıb. Belə ki, icarə-kirayə münasibətlərində vergitutmanı tənzimləyən MƏcəllənin 124-cü maddəsinin adında dəyişiklik edilib, buraya kirayə sözü əlavə edilib.
Maddənin birinci hissəsində daşınan və daşınmayan əmlakın icarəsindən 14 faiz vergi tutulduğu göstərilsə də, buraya yeni cümlə əlavə edilib. Yeni hissədə göstərilirki, Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Yəni hər iki tərəf vergi ödəyicisi kimi qeydiyyatdan keçməyibsə və kirayəyə götürülən əmlak biznes məqsədilə istifadə edilmirsə, bu kirayə sayılır və ona görə 14 faiz deyil, 10 faiz vergi tutulur.
Hökumət bu qərarını kirayə bazarının ağarması – yəni evlərin kirayəyə verilməsi barədə məlumatların qanuni şəkildə rəsmiləşməsi üçün atıb.
«Kirayə bazarı üzrə “ağarmaya” və könüllü əməletməyə nail olunmaq məqsədilə sahibkarlıq fəaliyyəti üçün istifadə olunmayan fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin kirayə haqları üzrə vergi dərəcəsinin optimallaşdırılması nəzərdə tutulur»-deyə büdcə sənədində bildirilir.












