Azərbaycanın yeni yaşayış komplekslərindən olan «AAAF PARK» rəhbərliyi burada mənzil almış vətəndaşlar üçün maraqlı kampaniyaya başlayıb. FED.az xəbər verir ki, Novruz Bayrami munasibeti ile təşkil edilən kampaniya çərçivəsində, AAAF PARK sakinlərinə 3 növ güzəşt ediləcək.
Əvvələ mənzili kreditə götürən şəxslər martın 5-24 tarixləri arasında bu krediti bağlasalar ödənişin 50%-dən azad ediləcəklər. Şirkət elan edir ki, ödənişin 50%-ni ödəyənlər üçün qalan hissə «AAAF PARK tərəfindən hədiyyə ediləcək.
Bundan başqa, krediti bağlayanlara çıxarış (kupça) verilen zaman rusumlar ödənilməyəcək. Nəhayət, sayğac üçün qalan borclar da hədiyyə ediləcək.
«50%- güzəştə getmək bizə zərərli olmayacaq»
«AAAF PARK»ın özündə şirkətin belə səxavətli addımını təkcə bayramla deyil, həm də biznes maraqları ilə izah edirlər. AAAF-ın media meneceri Rəşad Əliyev bildirir ki, evlərin satışına görə kreditlərin tezliklə bağlanması şirkətin özü üçün də sərfəlidir: «Hazırda iqtisadiyyatda sabitlik var. O cümlədən manatın məzənnəsi sabitdir, amma illər ötdükcə pulun dəəri də azalır. Ona görə də bir biznes qurum olaraq kreditləri indi toplamaq daha sərfəlidir». Bu yanaşmaya əsaslanan şirkət kreditin 50%-ni güzəştə getməyə də hazırdır. R.Əliyev bildirir ki, məhz buna görə, kreditin yarısının alıcılara bağışlanması AAAF Park üçün zərərli olmayacaq.
«Öz kreditlərimizi də bağlamaq istəyirik»
Bundan əlavə, AAAF Park layihəsinin reallaşdırılması üçün banklardan kreditlər də alınıb və şirkət bu kampaniya ilə həmin kreditlərin də bir hissəsini bağlamağı planlaşdırır.
4 min mənzil hələ tikilir
Xatırladaq ki, AAAF Park yaşayış kompleksində 12 min mənilin olması nəzərdə tutulub. Şirkət nümayəndəsi bildirib ki, bu mənzillərin 8 mini artıq tikilib, 4 min mənzilin tikintisi isə müxtəlif mərhələlərdə davam edir. Mənzillərin yarıdan çoxu kreditlə satılıb. Buraya həm AAAF-ın daxili kreditləri, həm də bank kreditləri aiddir.
Evin pulunun yarısını bağışlayır - “AAAF PARK”dan KAMPANİYA
14:21
5 Mart 2018