Bu ilin ilk yarısında notariuslarda 47 milyon manat vəsait toplanıb. FED.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu məbləğin 22 milyon manatı notariusların rüsumu, qalan vəsait isə evlərin alqı-satqısı üçün ödənilən vergilər olub.
Nazirlikdən bildirilib ki, ilk 6 ayda notariat orqanlarında 1,9 milyona yaxın notariat hərəkəti, habelə 151 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib və bu əməliyyatlarla bağlı 22 milyon manata yaxın dövlət rüsumu və haqq ödənilib.
Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 25 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur.
Ev alqı-satqısına görə ödənilən vergilər 20% artıb
09:56
27 İyul 2018