Kabinetinin iclasından sonra açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,"Beynəlxalq yardım təşkilatlarının maliyyəsi ilə Suriya ərazisində 200 min evin tikintisini təmin edirik" deyib.
Eləcə də bax: Türkiyədə vətəndaşlıq almaq - ASANLAŞDIRILIB
FED.az xəbər verir ki, Ərdoğan bildirib:
"Suriyalı qaçqınlar üçün beynəlxalq yardım təşkilatlarının maliyyəsi ilə Suriya ərazisində 13 müxtəlif yerdə məktəb, xəstəxana, sənaye, kənd təsərrüfatı və bütün lazımi infrastruktura malik 200 min evin tikintisini təmin edirik. Məqsədimiz 1 milyon insanın geri qaytarılmasını təmin etməkdir". (Marja)