Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək üçün yaradılan Texniki Şuranın tərkibində dəyişiklik edilib.
ELƏCƏ DƏ BAX: Sahibkarların kommunal xidmətlərə quşulması sadələşdirilir – FƏRMAN
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Texniki Şuranın tərkibinə daxil edilib.
İndiyə qədər sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilib. Dəyişikliyə əsasən artıq sahibkarlar bu məqsədlə kiçik və orta biznes evlərinə də müraciət edə biləcəklər.
Tikinti-quraşdırma işlərinin aparılması və enerji təchizatı şəbəkəsinə fiziki qoşulma qaydalarında da yenilik var. Bundan sonra qoşulma aktı imzalandığı halda ETM elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaqdan imtina edə bilməz. Enerji təchizatı müəssisəsi (ETM) ilə sifarişçi arasında qoşulma aktı birtipli formada tərtib ediləcək.
Enerji şəbəkəsinə qoşulmada – YENİ PROSEDUR
20:37
25 Dek 2018