Əmlak Xidmətləri Məkanında əvvəlcədən növbəlilik sisteminin tətbiqinə başlanılıb.
Eləcə də bax: Əmlak Xidmətləri Məkanı xüsusi iş rejimində - FƏALİYYƏT GÖSTƏRƏCƏK
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlərin mayın 4-dən etibarən yumşaldılması qərarı ilə əlaqədar olaraq, Əmlak Xidmətləri Məkanına müraciət edən vətəndaşların sayında kəskin artım müşahidə olunur. Bununla əlaqədar olaraq, Əmlak Xidmətləri Məkanı tərəfindən təqdim edilən xidmətlər üzrə vətəndaş məmnunluğunun və əlçatanlığın artırılması, vaxt itkisinə yol verilməməsi, həmçinin xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə vətəndaşlara öncədən telefonla növbə qeydiyyatından keçmək imkanı yaradılıb.
Belə ki, vətəndaşlar Əmlak Xidmətləri Məkanının (012) 404 07 22 telefon nömrəsinə zəng etməklə əvvəlcədən növbə qeydiyyatına alına bilərlər. Bununla da hər bir şəxs müvafiq növbə tarixi və saatına uyğun olaraq Əmlak Xidmətləri Məkanına gəlməklə xidmətlərdən operativ şəkildə yararlana biləcək.