Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir.
FED.az-ın məlumatına görə, əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin 20 faizi həcmində dövlət büdcəsinə vergi ödəyirlər.
ELƏCƏ DƏ BAX: Ötən il vergi yığımlarına 114% əməl edilib
Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin fevral ayının 15-dən gec olmayaraq, tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Əmlak vergisi necə ödənməlidir? – SABAH SON GÜNDÜR
21:55
14 Fev 2019