Vergilər Nazirliyi 2018-ci ilin yeddi ayında mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısından dövlət büdcəsinə ödənilən verginin həcmini açıqlayıb.
FED.az xəbər verir ki, daşınmaz əmlak satışından büdcəyə 22 milyon 875,3 min manat vergi ödənilib. Bunun 8 milyon 50,8 min manatı Bakı şəhəri üzrə yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısına görə fiziki və hüquqi şəxslərdən vergi daxilolmalarının payına düşür.
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan və Mingəçevirdən daxil olmuş vergilərin ümumi məbləği 928,2 min manat, Gəncə, Sumqayıt və Xırdalan üzrə 2 milyon 386,9 min manat, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə isə ümumilikdə 1 milyon 509,3 min manat olub.
Məsələni şərh edən iqtisadşı-ekspert Rəşad Əliyev qeyd edib ki, əmlak alqı-satqısından vergi daxilolmalarında Bakı şəhərinin payı təqribən 79% təşkil edib:
"Əmlak satışı üzrə vergi müxtəlif əmsallara vurulmaqla tapıldığı üçün dövrüyyənin neçə faizinin paytaxtın payına düşməsini müəyyən etmək çətindir. Lakin təqribi hesablamalar göstərir ki, ölkə üzrə satış dövrüyyəsinin orta hesabla 85%-i (+-5%) paytaxtın payına düşür. Ancaq bununla belə satılan əmlakların ümumi sahəsində (o cümlədən ümumi sayda) Bakının payı böyük ehtimalla 2/3-dən bir qədər çox təşkil edir".
Ekspert bildirib ki, vergi daxilolmaları üzrə statistikanın dövrü olaraq dərc edilirsə, bazar üçün lazım olan satış dövrüyyələri haqda məlumatlar da dövrü olaraq dərc ediləcək.
Əmlak satışında Bakının payı nə qədərdir? - EKSPERT
21:57
26 Sen 2018