İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.
Eləcə də bax: “Dənizkənarı Milli Park”ın - Direktoru Dəyişib
FED.az xəbər verir ki, hazırda şirkətə onun müavini Natiq Məlikov rəhbərlik edir.
F.Cəfərova isə xidmətin aparatında yeni vəzifə verildiyi bildirilir.
Xatırladaq ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” 2009-cu ildə yaradılıb. (Report)