Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binası belə olacaq.
Eləcə də bax: Gömrük Komitəsinin yeni inzibati binası belə olacaq – FOTO
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli yeni inzibati binası artıq tikilib.
Binanın funksiyasının təsviri məqsədilə parter mərtəbəsində qüllə yerləşdirilir. Parter mərtəbəsi Azərbaycan respuklikasının xəritəsi formasındadır. Şərq tərəfdən “Xəzər Dənizi” dekorativ hovuzu layihələndirilib. Sahənin arxa tərəfində yaşıllaşdırılmış dama malik texniki bina yerləşdirilib.
Onu da qeyd edək ki, bu layihənin adı “Property Tower Baku”dur.