Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2018-ci il üzrə maliyyə fəaliyyəti ilə bağlı hesabat yayıb. Hesabata görə, onun gəlirləri xərclərini təxminən 20 milyon manat keçib.
FED.az xəbər verir ki, 2018-ci ildə ƏMDK dövlət büdcəsindən 86,4 milyon manat məbləğində maliyyə alıb. Göstərilən xidmətlərə görə isə 2 milyon 944 min manat əldə edilib. Ötən il qurumun gəlirləri 89,387,320 manat təşkil edib. ƏMDK bu vəsaitin bir hissəsini (69 milyon 681,4 min manat) xərcləyib. Bunun 9,2 milyon manatı əmək haqqı və sosial müavinətlərin ödənilməsinə yönəldilib. "Digər əməliyyat xərcləri" maddələri üzrə 57,6 mln manatdan istifadə edilib.
Eləcə də bax: Azərbaycan sahibkarı hansı problemlərlə üzləşir? – MÜSAHİBƏ