Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyəti ilə bağlı açıqlama yayıb.
Komitədən FED.az-a verilən məlumata görə, enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılmışdır. Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir. Hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa etmişdir.
Əmlak Komitəsindən işıqla bağlı - AÇIQLAMA
11:25
3 İyul 2018