Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş çoxmənzilli binaların sakinlərini çıxarışların alınmasında aktiv olmağa çağırıb.
FED.az xəbər verir ki, komitədən bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli fərmanın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi genişmiqyaslı işlər həyata keçirir.
Eləcə də bax: “Novostroykalar”ın istismarına icazə - 3-5 GÜNƏ VERİLƏ BİLƏRMİŞ – KOMİTƏDƏN AÇIQLAMA
Komitə rəsmisi vurğulayıb ki, istismarına icazə verilmiş sakinlərə çıxarışlarını almaqda fəal olmağa və Komitəyə müraciət etməyə çağırırıq: “Hər gün binaların həyətlərində çıxarışların verilməsi ilə bağlı səyyar xidmət keçirilir. Çıxarış almaqla onlar leqal əmlak sahibinə çevriləcək».