“Sea Breeze”in təsisçisi Emin Ağalarov Özbəkistanın Çarvak su anbarının sahilində dəyəri 5 milyard dollar olan “Sea Breeze” istirahət mərkəzi inşa edəcək.
Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikəcək
FED.az xəbər verir ki, Emin Ağalarov hələ ötən ilin dekabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə mövsüm boyu fəaliyyət göstərən “Sea Breeze Uzbekistan” kurortunun tikintisi layihəsini təqdim edib. Bildirilib ki, 500-700 hektar ərazidə istirahət zonaları, çimərliklər, idman meydançaları, mehmanxanalar, bağ evləri və yaşayış kompleksləri, o cümlədən mağazalar, restoranlar, məktəblər, su parkı, istirahət məkanları yerləşəcək.
Bu ilin aprelində layihə Özbəkistan Prezidenti ilə yenidən müzakirə olunub. Emin Ağalarov bu yay tikintiyə başlanacağına ümid etdiyini bildirib. İyun ayında IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sahibkar Özbəkistanın İnvestisiya Nazirliyi ilə kurortun tikintisinə dair müqavilə imzalayıb. Layihəyə gözlənilən investisiya həcmi 5 milyard dollar həcmində qiymətləndirilir.