Astara Rayon İcra Hakimiyyəti "Elnur-2" Universal İstehsalat Kommersiya şirkəti ilə müqavilə bağlayıb.
FED.az "Marja"ya istinadən xəbər verir ki, müqavilə 36 mənzilli yaşayış binasının tikintisini nəzərdə tutur. Müqavilənin məbləği 2 milyon 233 min manatdır.
Eləcə də bax:Azərbaycanda sementin istehsalı - AZALIB
1994-cü ildə yaradılmış və 1,6 manat nizamnamə kapitalı olan "Elnur-2" Universal İstehsalat Kommersiya şirkətinin qanuni təmsilçisi Zaur Abıyevdir.
Bu ilin İyun ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.
Bu il "Elnur-2" Universal İstehsalat Kommersiya şirkəti Astara rayonu ərazisində yolların əsaslı təmiri üçün 259 min 189 manatlıq, Astara rayon “Ərçivan-Artupa-Səncərədi-Alaşa-Zülgüləş” kənd yolunun tikintisi işləri üçün 4 milyon 900 min mantlıq sifarişlər də alıb.