İnşaat və əmlak

“Elektron müraciət sistemi” fəaliyyətə başladı

“Elektron müraciət sistemi” fəaliyyətə başladı | FED.az
11:07 21 Fev 2019

Bu gün Bakıda tikintiyə və istismara icazə verilməsi üzrə “Elektron müraciət sistemi”nin təqdimatı keçirilib.

FED.az xəbər verir ki, təqdimat mərasimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin iştirakı ilə baş tutub.

O, sistemin əhəmiyyəti barədə danışıb və onun sahibkar-məmur ünsiyyətini minimum həddə endirdiyini deyib.

Eləcə də bax: Azərbaycanda tikinti şirkəti hökumətə müraciət etdi - «EVLƏRİ BİZDƏN ALIN»

“Elektron müraciət sistemi” bu gündən fəaliyyətə başlayır. 10 gün ərzində tikinti obyektlərinə texniki icazə almaq mümkün olacaq. Təsdiq edilmiş yeni qaydaya əsasən, icazə üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə endirlib. Sahəsi kiçik olan, birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan tikinti obyektlərinin isə istismarına icazə tələb olunmayacaq. Tədricən ekspertizası tələb olunan tikililərin də qeydiyyatı ilə bağlı proseslər elektronlaşdırılacaq”, - komitə rəsmisi bildirib. 

Digər xəbərlər

Banner