Banner

İnşaat və əmlak

Elektrik qatarları Bakı ətrafında – ƏMLAKI BAHALAŞDIRACAQ 

Elektrik qatarları Bakı ətrafında – ƏMLAKI BAHALAŞDIRACAQ  | FED.az
16:03 24 May 2019
İnfratstrukturun inkişaf etdirilməsi həmin ərazidə olan daşınmaz əmlakın da qiymətinin artmasına səbəb olan başlıca amillərdən biridir. FED.az xəbər verir ki, bunu daşınmaz əmlak üzrə ekspert, «Vecon» qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirib.  

Onun sözlərinə görə, yaxın günlərdə Sabunçu-Zabrat-Pirşağı dairəvi yolu ilə hərəkət edəcək Bakı -Sabunçu dəmir yolu xəttinin adı çəkilən ərazilərdən keçməsi, burada olan daşınmaz əmlakların qiymət artımına səbəb ola bilər.

Eləcə də bax: Vağzalda kassir məlumatı pulla verir - AÇIQLAMA

Hazırda qeyd etdiyiniz qatarların keçəcəyi Sabunçu- Zabrat-Pirşağı ərazisində mənzillərin kvadratmetrinin orta qiyməti 700-800 manat, torpaqların 1 sotunun satış qiyməti isə 2-4 min manat arasında dəyişir.

Vüqar Orucun sözlərinə görə, təcrübə göstərir ki, infrastruktur inkişaf etdirilən yerdə qiymət artımı 10-20% arasında olur. Adları qeyd olunan bu ərazilərdə də daşınmaz əmlakın qiymətində də təqribən bu həddə artımların olacağı istisna edilmir. 

Digər xəbərlər

Banner