Bakının Xutor adlanan ərazisində söküntü işlərinin aparılması nəzərdə tutulmayıb.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, Bakıda bu sahədə müəyyən problemlər mövcuddur.
“Xutor” kimi tanınan ərazisində evlərin kütləvi şəkildə sökülməsi nəzərdə tutulmayıb. Bu məsələlərə ardıcıllıqla baxılır və ictimaiyyətə ardıcıllıqla məlumat veriləcək”, - deyə o əlavə edib.