Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qısa zaman kəsiyində nəhəng quruculuq və inşaat işlərinin aparılması dünya təcrübəsində nadir hadisələrdəndir. Artıq yol infrastrukturu sahəsində işlərin demək olar ki, əksəriyyəti icra olunub. Mühəndisi qurğular, mühəndisi xətlər, bölgələrdə ictimai və yaşayış evləri tikilir. Şəhərlərin və qəsəbələrin baş planları tərtib olunur.
Bu sözləri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın və memarlığın inkişafı” mövzusunda keçirilən Qış Plenumunda jurnalistlərə müsahibəsində deyib.
Memarlar İttifaqı İdarə Heyətinin sədri, həmçinin Bakının Baş Planının hazır olduğunu və müzakirələrdən keçdiyini bildirib. Onun sözlərinə görə, Baş Plan qısa müddətdə təsdiqlənəcək: “Yeni planın əsas məqsədi Bakının mövcud ərazisinin daha səmərəli istifadə olunması, nəqliyyat problemlərinin, mühəndisi qurğuları problemlərinin həll olunması, ekologiya və digər məsələlərdir”. (Azərtac)