2022-ci ilin dövlət büdcəsindən ipoteka kreditləri üçün ayrılan vəsaitin həcminin artırılması növbəti il Bakıda mənzil qiymətlərinin stabilləşməsinə təsir göstərə bilər.
Eləcə də bax: Tikinti materialı bazarında qiymətlər necədir? - EKSPERTDƏN AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov.
N.İbrahimov bildirib ki, gələn il həm Bakıda, həm də digər şəhərlərdə sosial mənzillərin tikintisi davamm edəcək:
“Dövlət büdcəsindən vəsaitin artırılması daha çox insanın güzəştli şərtlərlə mənzilə sahib olmasına imkan verəcək ki, bu da mənzil bazarında qiymətlərin stabilləşməsinə şərait yaracadaq”, - deyə ekspert bildirib.
Qeyd edək ki, əhalinin mənzillə təminatını yaxşılaşdırmaq məqsədilə ipoteka layihələrini maliyyələşdirmək üçün 2022-ci ilin dövlət büdcəsindən 95 milyon manat və ya cari illə müqayisədə 34 faiz çox vəsaitin ayrılması nəzərdə tutulur.