Dünyada ərzaq təhlükəsizliyi və əhalinin qida ilə təminatına diqqət artdıqca əkin üçün yararlı torpaq sahələrinin də əhəmiyyəti yüksəlməkdədir.
FED.az xəbər verir ki, yüz illər əvvəl geniş torpaq sahələri uğrunda aparılan müharibələr indi tarixə çevrilsələr də reallıq göstərir ki, etibarlı və dayanıqlı ərzaq təminatı ölkələr üçün həyati əhəmiyyət daşımağa başlayıb.
Bu xüsusilə digər ölkələrlə konflikti və ərazi mübahisəsi olan ölkələr üçün daha çox aktualdır. Ona görə də hazırda əkin sahəsinin, o cümlədən adambaşına düşən əkin sahəsinin göstərici yüksək olması ölkələr üçün vacib göstəricidir.