Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvini qəbul edib.
Komitədən FED.az-a verilən məlumata görə, görüşdə qurumlar arasında şəhərsalma planlaşdırılması sənədlərinin hazırlanması üzrə uzunmüddətli uğurlu əməkdaşlıq tarixçəsinin mövcudluğunun önəmi qeyd edilib.
Həmçinin gələcəkdə birgə reallaşdırılması mümkün olan layihələrin potensial istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.