2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində Dubayın “Dubai Marina” rayonunda dünyanın ən hündür oteli - “Ciel” açılacaq.
FED.az xəbər verir ki, 360 metrlik yeni bina 82 mərtəbədən ibarət olacaq və hazırkı rekordçu – “Gevora” otelini cəmi 4 metr üstələyəcək.1209 lüks otaqlı oteli “The First Group” şirkəti ucaldır. Binanın memarı qismində “Norr” bürosu çıxış edir.
Eləcə də bax: Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi? – DUBAYIN TARİXİ
Müasir interyerlərdə yaşıllıq üstünlük təşkil edəcək. Otelin digər özəllikləri barədə məlumat yaxın zamanda açıqlanacaq.
Qafqazinfo