Dubay milyonçular üçün ən yaxşı şəhərlərlərin reytinqində Nyu-Yorku geridə qoyub.
1 trilyon dollarlıq şirkət yeni Dubay yaradır – $40 MİLYONLUQ VİLLALAR
FED.az xəbər verir ki, «Savills» Beynəlxalq daşınmaz əmlak şirkətinin məlumatına görə, Dubay milyonerlər üçün ən cəlbedici şəhərlərin reytinqində birinci yeri tutub.
Dubayın bu siyahıda birinci olmasının səbəbi, vərəsəlik və kapital qazancı vergilərinin olmaması, şəhərin inkişaf etmiş infrastrukturu, yüksək təhlükəsizlik səviyyəsi və beynəlxalq məktəblərin sayının çox olması ilə bağlıdır. Dubayı populyarlaşdıran digər əmil 2 milyon dirhəm, yəni təxminən (544 500 dollar) investisiya üçün 10 illik rezidentlik hüququ verən “qızıl viza” proqramıdır.
Dubayın əhalisi gündə 1000 nəfər artır, evlər sürətlə satılır – QİYMƏTLƏR ARTIR
İndiyədək siyahıya başçılıq edən Nyu-York şəhəri bu meyarlar üzrə görə Dubaydan sonra reytinqdə ikinci yeri tutub. London şəhəri isə həyat keyfiyyətinə görə siyahıda lider olsa da, Britaniyanın vergi sisteminə görə ümumi reytinqdə geriləyib. Qeyd edək ki, Britaniya vergi sisteminin tələbləri lüks daşınmaz əmlaka olan tələbata mənfi təsir göstərir.
«Savills»in hesabatına görə, dünyadakı milyonçuların sayı 2022-ci ildəki tənəzzüldən sonra bərpa olunur. Dollar milyonçularının sayı 2024-cü ildə 680 min artıb və 2029-cu ilə qədər 5 milyondan çox artacağı proqnozlaşdırılır.
Xatırladaq ki, 3 il əvvəl «Bloomberg» agentliyi, «Henley & Partners» konsaltinq şirkətinin məlumatlarına istinadən bildirmişdi ki, 2022-ci ildə dörd min milyoner Dubayda daşınmaz əmlak alıb və ümumilikdə dünyada cəlb edilmiş özəl kapitalın ən böyük hissəsi Dubaya toplanır.












