Dövlər tərəfindən sonradan almaq öhdəliyi ilə mənzillərin kirayə verilməsi prosesinə bu ilin sonunadək start veriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı baku.ws-a istinadən xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Eləcə də bax: Evləri kirayə ilə almaq sərfəlidirmi? - ARAŞDIRMA, HESABLAMA
İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək.
"Hazırda mənzillərin siyahısı tamamlanmadığı və sənəd qəbulu başlamadığı üçün ona görə mənzillərin qiyməti və ünvanları dəqiq açıqlanmır. İlin sonuna qədər bu proses başlayacaq. Standart təmirli mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək. Həmçinin mənzillər ictimai nəqliyyat və təhsil müəssisələrinə yaxın olacaq.
Eləcə də bax: Kirayə mexanizmi ilə - MƏNZİL SATIŞI BAŞLAYIR
Məlumat üçün bildirək ki, məhkumluğu olmayan, Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətləri davam etməyən Azərbaycan Respublikasının vətəndaşları kirayə mənzil ala biləcəklər.
Kirayə mənzil alan vətəndaşlar 12 aylıq ödənişi qabaqcadan ödəməli olacaq.