“Çinar” soyuducular zavodunun “Şəmkir” filialı hərraca çıxarılır.
Eləcə də bax: Azərbaycanda daha 41 dövlət əmlakı - Hərraca Çıxarılacaq
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatda deyilir.
Həmin hərracı da bu dövlət qurumu aparacaq.
Hərraca çıxarılan əmlakın sahəsi 2 095.1 kv-metr, torpaq sahəsi ilə birgə ərazisi isə 27 150.0 kv-metrdir.
Hərracda ilkin satış qiyməti isə 150 min manat müəyyən edilmişdir.