İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə kirayə verilməsi üsulu ilə daha 268 mənzil satışa çıxarılıb.
FED.az xəbər verir ki, yeni mənzillər 2 yerdə - 234 mənzili Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən kompleksdə təqdim olunur.
Saray qəsəbəsindəki komplekslərdə ümumilikdə 234 mənzil kirayəyə çıxarılıb, mənzillər 1 və 2 otaqlıdır.
Suraxanı qəsəbəsində isə 34 mənzil kirayə üsulu ilə satışa çıxarılıb, burada mənzillər 2, 3 və 4 otaqlıdır.
Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi 1 ünvanında yerləşən yaşayış kompleksi 14 mərtəbəli binalardan ibarətdir. Mənzillər tam təmirlidir və bütün xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb, mənzillərin çıxarış sənədi var.
Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətdə sakinlərin istirahəti üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Binanın yeraltı qarajı mövcuddur.
Kompleksin yerləşmə yeri
Kompleks Saray qəsəbəsinin Sumqayıt şəhəri istiqamətindən girişində, çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda ümumtəhsil məktəbi, uşaq bağçaları, kafelər, mağazalar, bank filialları mövcuddur. Kompleksin yaxınlığında avtobus dayanacağı var.
Mənzillərin sahəsi və aylıq ödənişləri:
1 otaqlı 55 kv.m – 357.08 manatdan;
2 otaqlı 78 kv.m – 506.41 manatdan;
3 otaqlı 141 kv.m – 915.43 manatdan başlayır.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən yaşayiş kompleksi 13 mərtəbəli binadan ibarətdir. Mənzillərin otaq sayı 2-4 aralığındadır və tam təmirlidir. Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb, mənzillər çıxarışla təmin edilib.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətdə sakinlərin istirahəti üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Binanın yeraltı qarajı mövcuddur.
Kompleksin yerləşmə yeri
Yaşayış kompleksi çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda ümumtəhsil məktəbi, uşaq bağçaları, park, kafelər, mağazalar, bank filialları və poçt şöbələri mövcuddur. Kompleksin yaxınlığında avtobus dayanacağı var.
Mənzillərin sahəsi və aylıq ödənişləri:
2 otaqlı 91.95 kv.m – 718.31 manatdan;
3 otaqlı 118.87 kv.m – 928.61 manatdan;
4 otaqlı 159.39 kv.m – 1245.15 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 14 sentyabr 2023-cü il tarixindən etibarən açıq olacaq. Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3 913 vətəndaşla kirayə müqaviləsi bağlanıb.