"Sovetski"də yerləşən və Əbilov klubu kimi tanınan tarixi bina söküləcək?
Bakıda bu ərazidə köhnə binalar söküləcək - KOMİSSİYALAR YARADILDI
Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi 120 ünvanında yerləşən tikilinin (İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyi bina-red.) tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, reyestrə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclasında baxılıb və şura üzvləri tərəfindən müsbət qərar verilib.
FED.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Ekspertlər Şurasının rəyi AMEA-ya göndərilib
Bildirilib ki, sözügedən tikili ilə bağlı qanunvericiliyə uyğun olaraq, rəy alınması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunacaq.
Qədim binanın mədəni abidələr siyahısına salınıb-salınmaması AMEA-nın rəyindən sonra bəlli olacaq. (Apa)