Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 881 borcalana 3,557 milyard manat kredit verilib.
Fond: "İpoteka kreditlərinin maksimal məbləğinin artırılması zərurəti yoxdur"
FED.az xəbər verir ki, bu barədə İKZF məlumat verib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.
7 283 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. (Trend)