Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 950 borcalana 3,675 milyard manat kredit verilib.
Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8000-i keçib
FED.az xəbər verir ki, bu barədə İKZF-dən məlumat əldə edilib
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.
8 253 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.