Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 808 borcalana 3,757 milyard manat kredit verib.
Bakı, Sumqayıt və Saray qəsəbəsində kirayə üsulu ilə satılan mənzillərin sayı açıqlanıb
FED.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 687,188 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 9 070 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.










