Ötən il Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 173,3 milyon manat ipoteka krediti verilib.
FED.az Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu göstərici 2018-ci illə müqayisədə 36,4% azdır. Belə ki, 2018-ci ildə 272,5 milyon manat ipoteka krediti verilib.
Eləcə də bax: İpoteka fondu özünə - SIĞORTA ŞİRKƏTLƏRİ SEÇDİ
2019-cu ildə İKZF-in qiymətli kağızlar ilə cəlb etdiyi pulun məbləği 25% azalaraq 150 milyon manata enib. Qeyd edək ki, fonda dövlət büdcəsindən ayrılan vəsait 20% azalaraq 80 milyon manat təşkil edib.