Bu ilin martın 1-nə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə indiyədək 1 696 943 791 manat məbləğində 32 326 ipoteka krediti verilib.
Eləcə də bax: Kirayə üsulu ilə - 601 Mənzil Satılıb
FED.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında deyilir.
Bildirilib ki, zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 231,27 mln. manat təşkil edib.
Qeyd edək ki, təkcə fevral ayında Fondun xətti ilə 556 ədəd 39 593 879 manat məbləğində ipoteka kreditləri verilib. Bu göstərici yanvar ayı müqayisədə 2,4 dəfə çoxdur.
Xatırladaq ki, İKZF-nin xətti ilə ipoteka kreditlərinin verilməsinə 2006-cı ildə başlanılıb. (Apa)