Qəbul edilmiş Qərar Azərbaycan Respublikasının ərazisində i hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyini və həmin metodun tətbiq edilməsi ilə bağlı elektron informasiya bazasının yaradılması üçün aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilməsi tələb olunan tədbirləri müəyyən edir.
Eləcə də bax: Azərbaycanda evlərin özəlləşdirilməsi - TARİFLƏRİ ARTIRILIB – MƏBLƏĞLƏR
Nazirlər Kabinetindən FED.az-a verilən məlumata görə, qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.
Bu Qərarla yaradılan yeni mexanizm ölkənin tikinti sektorunda və dövlət sifarişlərinin həyata keçirilməsi prosesində şəffaflığın təmin olunmasına, neqativ hallara imkan verən boşluqların aradan qaldırılmasına xidmət edəcək, bürokratik işi azaldacaq və prosesi sadələşdirəcəkdir.
Bununla yanaşı, Türkiyə Respublikasının mövcud təcrübəsindən istifadə etməklə yeni smeta-normativ və qiymətqoyma sisteminin yaxın 2 il ərzində təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-metodik sənədlərin hazırlanması və yeni yaradılacaq elektron informasiya sisteminə məlumatların avtomatik ötürülməsi üçün həyata keçirilməsi tələb olunan tədbirlər və onların icraçıları müəyyən edilmişdir.