İnşaat və əmlak

Dövlət sosial evlərə 100 milyon manat xərcləyib

Dövlət sosial evlərə 100 milyon manat xərcləyib | FED.az
09:24 14 Mart 2019

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC-yə 2018-ci ildə sosial mənzilin tikinti layihəsinin reallaşdırılmasına 100 mln. manat ayrlıb. FED.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.

“2018-ci ildə dövlət kapital qoyuluşları çərçivəsində sosial mənzil tikintisi və zəruri infrastrukturun yaradılması məqsədilə dövlət büdcəsindən MİDA-ya 100 mln. manat ayrılıb”, - hökumətdən qeyd olunub.

Bu vəsait 3 istiqamət üzrə sərf olunub.

Eləcə də bax: "Sovetski"dəki evlərin hansı qiymətə alınacağı - AÇIQLANDI

Xüsusilə, 51 mln. 443,748 min manat Hövsanda yaşayış kompleksinin tikintisi (20 hektar), 44 mln. 921 min 205,29 manat – Yasamal Yaşayış Kompleksinin tkintisi üzrə birinci layihəsi çərçivəsində (11,6 hektar), 3 mln. 635 min 44,65 manat - Yasamal Yaşayış Kompleksinin tkintisi üzrə ikinci layihəsinin layihə-smeta sənədləşmənin hazırlanmasına sərf olunub.

Bundan əlavə, Agentliyin öz vəsaiti hesabına 1,364 mln. manat Bakıda inzibati binanın yenidən qururulmasına yönəldilib.

Digər xəbərlər