Prezident İlham Əliyev Mənzil Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, Məcəlləyə 146.4 maddəsi əlavə edilib. Həmin maddəyə əsasən 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
Xatırladaq ki, Məcəlləsinin 146.1-ci maddəsində deyilir:
146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.