Zəngilan rayonunun Ağalı kəndinə köçmüş ailənin dövlətə təhvil verdiyi mənzildə Laçından olan şəhid ailəsi müvəqqəti yerləşdirilib.
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil və fərdi ev verilib
FED.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Böyük Qayıdışla doğma yurda dönən keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti məskunlaşdıqları mənzillər, ilk növbədə, yaşayış şəraiti yaxşılaşdırılmalı olan şəhid ailələrinə verilir. (Report)