Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Prezident İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstərilir.
FED.az xəbər verir ki, oktyabrın 2-də saat 10:00-dan başlayaraq Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Rspublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələrinin iştirakı ilə bu binada səyyar qeydiyyat xidməti göstərilir, media nümayəndələrindən əmlaklarına dair ilkin sənədləri toplanılır.
Eləcə də bax: Jurnalistlərin evlərinə "kupça" verilməsi başlayır - KOMİTƏDƏN AÇIQLAMA