Azərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb.
Eləcə də bax: Azərbaycanda mənzillər - BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında paylaşım edib.
"Bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 76,5 % artaraq 6 milyon 371,3 min manat olub", - nazir qeyd edib. (Report)