Dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb.
Eləcə də bax: Daşınmaz əmlakın qeydiyyat xidmətləri - XÜSUSİ REJİMDƏ APARILACAQ
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətini daha təkmil aparmaq üçün dövlət müəssisə və təşkilatları tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması” hər il aprelin 1-dək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir. Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar bu müddət mayın 1-dək uzadılır.