Azərbaycan hökuməti ölkədə ilk azad iqtisadi yaradılması üçün torpaq sahiblərindən torpaq almağı planlaşdırır.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin sentyabrın 17-də imzaladığı "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamda nəzərdə tutulur.
Eləcə də bax: Dövlət evləri və torpaqları bu qiymətə alacaq – ƏRAZİLƏR, QİYMƏTLƏR
Sərəncama əsasən, Azad zonanın inkişafının təmin edilməsi üçün İşçi qrup yaradılıb.
Bu qrup 10 ay ərzində zonanın inkişaf konsepsiyası və onun reallaşması planını hazırlamalıdır.
Bundan başqa, zonanın yaradılacağı ərazinin sərhədləri, ona daxil olan ərazilər müəyyən ediləcək.
Eyni zamanda işçi qrup həmni ərazidəki torpaq sahiblərinin və torpaq istifadəçilərinin siyahısını da hazırlamalıdır.